Əsas Səhifə > Gündəm > Azərbaycanda meymunçiçəyi ilə bağlı şübhəli hal yoxdur - RƏSMİ
Azərbaycanda meymunçiçəyi ilə bağlı şübhəli hal yoxdur - RƏSMİ13-07-2022, 13:00 |
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyindən "Şəffaflıq.az" ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir. Qeyd olunub ki, müraciət edən şübhəli şəxs olmadığı üçün diaqnostik testlərdən istifadə edilməyib. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib. Geri qayıt |