Əsas Səhifə > Dünya > Dünyada ilk zirehli elektromobil hazırlanacaq
Dünyada ilk zirehli elektromobil hazırlanacaq10-07-2022, 23:25 |
BMW yeni “Flaqmanı”nı dünyanın ilk elektrik zirehli avtomobilinə çevirəcək. Bunu bavariyalıların baş direktoru Oliver Tsipse bəyan edib. O bildirib ki, i7 sedanı yeni gülləkeçirməz avtomobil üçün əsas olacaq və mühərrik əvəzinə akkumulyatorun tətbiqi onun ballistik mühafizə dərəcəsinə təsir göstərməyəcək. BMW rəsmiləri təfərrüatları açıqlamayıblar. Lakin ekspertlər hesab edirlər ki, elektromobil VR6 sinifli zirehlə təmin ediləcək. Belə olarsa, zirehli i7 15 kiloqram trotil partlaması və 7.62 çaplı güllələrə qarşı davamlı olacaq. Şəffaflıq.az Geri qayıt |