Əsas Səhifə > XARİCİ XƏBƏR > Hindistanda daşqınlar nəticəsində azı 15 nəfər öldü
Hindistanda daşqınlar nəticəsində azı 15 nəfər öldü9-07-2022, 08:52 |
Hindistanda leysan yağışlar nəticəsində azı 15 nəfər ölüb. Təbii fəlakət Cammu və Kəşmirin şimalındakı Amarnath mağarası ərazisində baş verib. Daha 40 nəfərin itkin düşdüyü bildirilib. Qeyd olunur ki, hələlik zərərçəkənlərin dəqiq sayı məlum deyil. Lakin onların bir çoxu hava yolu ilə xəstəxanaya çatdırılıb. Şəffaflıq.az Geri qayıt |