Əsas Səhifə > XARİCİ XƏBƏR > Starlink” su üzərində internet xidmətini işə saldı: Aylıq abunə haqqı 5000 dollar olacaq

Starlink” su üzərində internet xidmətini işə saldı: Aylıq abunə haqqı 5000 dollar olacaq


9-07-2022, 08:41

 

“SpaceX” şirkəti su nəqliyyatında təqdim edilən yeni “Starlink” peyk internet xidmətini işə salıb.

Yeni xidmət “Starlink Maritime” adlanır.

Şirkət bu xidməti ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən təsdiqlədikdən bir neçə gün sonra elan edib.

Xidmət qayıq və yaxtaların sahibləri üçün nəzərdə tutulub. Ondan istifadə üçün 10 min dollara avadanlıq alınmalı və ayda 5 min dollarlıq abunə haqqı ödənilməlidir. Bu məbləğ qarşılığında su interneti saniyədə 350 meqabitədək sürət vəd edir.


Şəffaflıq.az
Geri qayıt