Əsas Səhifə > XARİCİ XƏBƏR > Afrika ölkəsi rahatlğı planetin xilasından üstün tutdu
Afrika ölkəsi rahatlğı planetin xilasından üstün tutdu9-07-2022, 08:36 |
Cənubi Afrika iqlim məqsədlərinə zidd olaraq kömür istifadəsini artıracaq. Ölkədə 2073-cü ilə qədər ildə 15 milyon tona qədər kömür yandıracaq yeni nəhəng elektrik stansiyasının inşası demək olar ki, tamamlanıb. Hazırda altı aqreqatdan sonuncunun tikintisi başa çatdırılır. Stansiya tam gücü ilə olmasa da, artıq işləyir. Bununla belə, ekoloqlar xəbərdarlıq edirlər ki, kömürdən davamlı istifadə Cənubi Afrikanın istixana qazı emissiyalarının 2050-ci ilə qədər aradan qaldırılması öhdəliyinə ciddi maneə olacaq. Şəffaflıq.az Geri qayıt |