Əsas Səhifə > XARİCİ XƏBƏR > Kipr və Qətərin ardından Pakistanda da maska rejimi bərpa edildi
Kipr və Qətərin ardından Pakistanda da maska rejimi bərpa edildi9-07-2022, 08:33 |
Dünyada koronavirusa yoluxma halları ardıcıl üçüncü həftədir ki, artır. ÜST-nin məlumatına görə, ən azı 110 ölkədə COVID-19-a tutulanların sayı yenidən çoxalmağa başlayıb. Bu fonda bir sıra ölkələrdə maska rejimi də daxil olmaqla, anti-COVID məhdudiyyətləri geri qayıdır. Məsələn, Kiprdə mayın 31-də qaldırılan 12 yaşdan yuxarı bütün şəxslərin ictimai yerlərdə məcburi maska taxması tələbi iyulun 8-dən bərpa edilib. Eyni qərarı Qətər hakimiyyəti də verib. Əmirlikdə yeni yoluxanların sayı gündə təxminən 700 nəfərdir ki, bu da iyunun əvvəli ilə müqayisədə iki dəfə çoxdur. Pakistanda da vəziyyət təxminən eynidir - iyunun əvvəlində orada gündə 100-dən az yoluxma aşkar olunurdusa, hazırda bu rəqəm 800-ə yaxındır. Məhz buna görə, iyunun 28-dən etibarən ölkədaxili reyslər zamanı sərnişinlərdən yenidən maska taxmaq tələb olunacaq. Şəffaflıq.az Geri qayıt |