Əsas Səhifə > MANŞET / REGİON / Cəmiyyət > Şamaxı rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş Zahir Manafov və Tərlan Amanalıyevin xatirə kompleksinin açılışı olub.
Şamaxı rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş Zahir Manafov və Tərlan Amanalıyevin xatirə kompleksinin açılışı olub.8-07-2022, 17:38 |
![]() 44 günlük Vətən müharibəsində şəhid olmuş Zahir Manafov və Tərlan Amanalıyevin xatirə kompleksinin açılışı olub. Şəffaflıq.az xəbər verir ki,təbdirdə Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. ![]() Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Respublikasının Prezident, Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən geniş söhbət açaraq bu misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırmışdır. Milli Məclisin deputatı Tamam xanım Cəfərova çıxışında Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edərək, Şanlı Zəfər tarixini yazan Vətən oğullarının əziz xatirəsinin daima qəlblərdə yaşayacağını bildirdi.![]() ![]() ![]() ![]() ![]() Şəffaflıq.az Geri qayıt |