Əsas Səhifə > SON XƏBƏR > Məğlub Ermənistan sülh prosesini niyə uzadır?-AÇIQLAMA
Məğlub Ermənistan sülh prosesini niyə uzadır?-AÇIQLAMA5-07-2022, 14:16 |
Məğlub Ermənistan sülh prosesini niyə uzadır?-AÇIQLAMA
Prezident İlham Əliyev Vətən müharibəsindən sonra elə bir situasiya formalaşdırıb ki, bütün hallarda regionla bağlı istənilən məsələdə yeganə söz sahibi bizik. Eyni zamanda Bakı İrəvanın hərbi imkanlarını məhv etməklə bölgədə uzunmüddətli sülh üçün ciddi bir təhdidi aradan qaldırıb. Bunu Şəffaflıq.az saytına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, əslində bu gün beynəlxalq hüququn aliliyi və tanınmış prinsiplərə sədaqətin zəruriliyindən danışan hər kəs Azərbaycanın cənubi Qafqazda yaratdığı bu reallığı alqışlamalıdır. Təəssüf ki, hələ də ayrı-ayrı təşkilat və dövlətlər tərəfindən ikili standartların davam etdiyinin şahidiyik. Məğlub Ermənistanı da ruhlandıran, sülh prosesini yubatmağa təşfiq edən əsas amil məhz budur. Geri qayıt |