Əsas Səhifə > EKOLOGİYA > Umayra Tağıyeva: “Son 15 ildə Xəzərin səviyyəsi təxminən metr yarım azalıb”
Umayra Tağıyeva: “Son 15 ildə Xəzərin səviyyəsi təxminən metr yarım azalıb”3-07-2022, 22:29 |
![]() Şəffaflıq.az xəbər verir ki,bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib. “Xəzər dənizinin region ölkələri üçün əhəmiyyətini qiymətləndirmək çətindir. Beş ölkənin sahillərini yuyan Xəzər iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, region üçün vacib iqlim təyinedici təsirə malikdir. Dəniz səviyyəsinin dəyişməsi həmişə ölkə iqtisadiyyatına böyük ziyan vurub. 1978-1995-ci illər hamımızın yadındadır, o zaman dənizin səviyyəsinin 2,5 metr qalxması infrastruktur obyektlərinin və yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnmişdi”, - deyə Ü.Tağıyeva bildirib. ![]() Umayra Tağıyeva bildirib ki, son on ildə iqlim dəyişikliyi dünya alimlərinin əvvəllər proqnozlaşdırdığından daha sürətlə baş verib: “Bu, öz nəticələrini bütövlükdə ekosistemlərə yükləyir. Bu baxımdan Xəzər dənizinin səviyyəsində dəyişikliklərin ən real proqnoz-ssenarisinin müəyyən edilməsi, eləcə də uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və ətraf region üçün həyati əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə iyulun 5-də həm Xəzəryanı ölkələrin hidrometeorologiya xidmətlərinin nümayəndələri və alimləri, həm də xarici ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda fikir mübadiləsi aparacaqlar”. Geri qayıt |