Əsas Səhifə > ƏSAS XƏBƏR / SON XƏBƏR > Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib 1
Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib 11-07-2022, 14:44 |
Gəncə Şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib 1 Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. ŞƏFFAFLIQ.az xəbər verir ki, sərəncama əsasən, Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib. Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilib. Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib. Həmçinin sərəncamla aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin ediliblər: Hüseynov Kənan Zakir oğlu Hüseynov Zaur Nazim oğlu İmanov Zaman Şakir oğlu Şirinov Gündüz Əhməd oğlu Tağıyev Cavid Tahir oğlu. Geri qayıt |