Əsas Səhifə > XARİCİ XƏBƏR > İranlı vitse-spiker Bakıda çağırış etdi: “Dollar əvəzinə milli valyutalardan istifadə etməliyik”
İranlı vitse-spiker Bakıda çağırış etdi: “Dollar əvəzinə milli valyutalardan istifadə etməliyik”1-07-2022, 13:56 |
![]() “Qoşulmama Hərəkatına üzv dövlətlər arasında ticarət, turizm sahəsində əməkdaşlığı inkişaf etdirməli, bazar imkanlarını araşdırmalı və potensialdan düzgün istifadə etməliyik. Biz hərəkata üzv ölkələrin parlamentləri arasında əlaqələrin inkişafına önəm veririk”. Şəffaflıq.az-ın məlumatına əsasən, bunu İran İslam Məşvərət Assambleyasının vitse-spikeri Abdolreza Mesri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib. Onun sözlərinə görə, Hərəkat elə imkanlar yaratmalıdır ki, hegemon dövlətlər buraya müdaxilə edə bilməsinlər: “Biz ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməliyik”, - deyə o əlavə edib. Vitse-spiker Hərəkat çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyinə də diqqət çəkib. Geri qayıt |