Əsas Səhifə > Mədəniyyət > YUĞ Teatrına baş rejissor təyin olunub

YUĞ Teatrına baş rejissor təyin olunub


1-07-2022, 13:43

 

Azərbaycan Dövlət YUĞ Teatrına baş rejissor təyin olunub.

Bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, rejissor Mikayıl Mikayılov kollektivə təqdim edilib.


Tədbirdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və sektorun əməkdaşı Günay Hümbətova iştirak ediblər.


Qeyd edək ki, Mikayıl Mikayılov 1981-ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teatr rejissoru ixtisasında bakalavr və magistr pillələri üzrə ali təhsil alıb. 1999-cu ildə Azərbaycan Dövlət Pantomim Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayan M.Mikayılov 2005-ci ildən YUĞ Dövlət Teatrının rejissorudur.


Müxtəlif illərdə “İlin ən yaxşı gənc kino aktyoru” (2004), “İlin ən yaxşı gənc rejissoru” (2005) və “Zirvə” (2013) mükafatlarına layiq görülüb.


Şəffaflıq.az
Geri qayıt