Əsas Səhifə > EKOLOGİYA > 01 İyul tarixinə olan hava proqnozu

01 İyul tarixinə olan hava proqnozu


30-06-2022, 14:54

 

İyulun 1-nə olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.


Mülayim şimal-qərb küləyi arabir güclənəcək.


Havanın temperaturu gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.


Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.


Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.


Şəffaflıq.az
Geri qayıt