Əsas Səhifə > Hadisə > Cəlilabadda iki avtomobil TOQQUŞDU: Ölən və xəsarət alanlar var

Cəlilabadda iki avtomobil TOQQUŞDU: Ölən və xəsarət alanlar var


29-06-2022, 18:03

 

Cəlilabadda ağır avtomobil qəzası baş verib.

Şəffaflıq.az məlumat verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyundai Santa Fe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt