Əsas Səhifə > XARİCİ XƏBƏR > Kanadada silahlı şəxslər banka hücum etdilər: Çox sayda polis yaralandı
Kanadada silahlı şəxslər banka hücum etdilər: Çox sayda polis yaralandı29-06-2022, 10:25 |
Kanadanın Saaniç şəhərində (Britaniya Kolumbiyası) bankda atışma zamanı altı polis əməkdaşı yaralanıb. Yerli polisin məlumatına görə, iki silahlı şəxs banka daxil olaraq polisə atəş açıb. Atışma zamanı hər iki hücumçu yerindəcə keçinib, hüquq-mühafizə orqanlarının altı nümayəndəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, bankın əməkdaşlarından və ziyarətçilərdən heç kim xəsarət almayıb. Polis atışmada digər mümkün iştirakçının axtarışını davam etdirir. Partlayıcı qurğunun olması ehtimalı səbəbindən yaxınlıqdakı evlər və iş yerləri boşaldılıb. Şəffaflıq.az Geri qayıt |