Əsas Səhifə > Hadisə > Göyçayda 11-ci sinif şagirdi suda boğularaq ölüb

Göyçayda 11-ci sinif şagirdi suda boğularaq ölüb


28-06-2022, 23:52

 

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Şəffaflıq.az xəbər verir ki, Bığır kənd sakini - 16 yaşlı Qurbanov Əlibala Yalçın oğlu bu gün axşam saatlarında Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.


Əraziyə gələn polis əməkdaşları 11-ci sinif şagirdi Əlibala Qurbanovun meyitini sudan çıxararaq ailəsinə təhvil veriblər.


Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Geri qayıt