Əsas Səhifə > XARİCİ XƏBƏR > Ermənistanın Rusiya ilə quru əlaqəsi tamamilə kəsildi
Ermənistanın Rusiya ilə quru əlaqəsi tamamilə kəsildi27-06-2022, 15:08 |
Gürcüstan leysan yağışları səbəbilə Rusiya Federasiyası ilə sərhədi müvəqqəti bağlayır. Bu barədə respublikanın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Yuxarı Lars ərazisində bu gün Terek çayında yaranan selə görə Gürcüstan-Rusiya sərhədi istiqamətində yol bağlanıb. “Güclü yağışlar nəticəsində Terek çayı məcrasından çıxıb və Gürcüstanla Rusiya arasındakı avtomobil yolunu dağıdıb”, - deyə Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib. Mtsxeta-Stepantsminda-Lars yolunun 136-cı kilometrliyindəki hissəsi zədələnib. Qeyd edək ki, həmin yol Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru magistraldır. Şəffaflıq.az Geri qayıt |