Əsas Səhifə > ƏSAS XƏBƏR > Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin yürüşləri başlayıb

Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin yürüşləri başlayıb


26-06-2022, 15:51

 

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunub.

Şəffaflıq.az xəbər verir ki, hərbi orkestrlər aşağıdakı marşrutlar üzrə yürüş edir:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;

- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;

- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.

Qeyd edək ki, bu gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:

- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);

- AzNeft dairəsindəki bayraq meydanında;

- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);

- Zabitlər parkında;

- Koroğlu parkında;

- Fəvvarələr meydanında.

Geri qayıt