Əsas Səhifə > XARİCİ XƏBƏR > Kiyevdə yaşayış binası raketlə vurulub

Kiyevdə yaşayış binası raketlə vurulub


26-06-2022, 11:23

 

Kiyevin Lukyanovka bölgəsində yaşayış binası raketlə vurulub.

Bununla bağlı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Onun sözlərinə görə 9 mərtəbəli binanın damına düşən raket bir neçə yuxarı mərtəbəni dağıdıb.

Dövlət rəsmisi həmçinin qeyd edib ki, hazırda bina polislər tərəfindən mühasirəyə alınıb, yanğınsöndürənlər və digər xilasedici briqadalar hadisə yerində işləyirlər.

Ölən və yaralananlar haqqında isə məlumat verilməyib.


Şəffaflıq.az
Geri qayıt