Əsas Səhifə > Dünya > Pakistandan Əfqanıstana dəstək: Zərərçəkənlərə yardım üçün tibbi düşərgə açdı
Pakistandan Əfqanıstana dəstək: Zərərçəkənlərə yardım üçün tibbi düşərgə açdı25-06-2022, 22:29 |
Pakistan Əfqanıstanın Host əyalətinin hava limanında zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün tibbi düşərgə açıb. Bu barədə məlumatı Pakistanın Kabildəki səfirliyi yayıb. “Düşərgə Xayber-Paxtunxva hakimiyyəti tərəfindən qurulub”, - deyə məlumatda qeyd olunub. Xayber-Paxtunxva Pakistanın üçüncü ən böyük bölgəsidir və Xost əyalətinin yanında yerləşir. Pakistan hadisə yerinə 19 həkimlə 3 təcili yardım maşını göndərib. Onlar yaralılara yardım edəcək və ağır xəstələri Pakistandakı xəstəxanalara göndərəcəklər. Qeyd edək ki, ötən gün Əfqanıstanın Paktika və Host əyalətlərində baş verən zəlzələ nəticəsində azı 1 500 nəfər həlak olub. Təbii fəlakətdən 2 000-dən çox insanın zərər çəkdiyi bildirilir. Şəffaflıq.az Geri qayıt |