Əsas Səhifə > SƏHİYYƏ / Dünya > ÜST: Uşaqlarda şübhəli xəstəliklə bağlı yoluxma sayı 920-yə çatıb

ÜST: Uşaqlarda şübhəli xəstəliklə bağlı yoluxma sayı 920-yə çatıb


25-06-2022, 22:21

 

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dünyada uşaqlarda mənşəyi məlum olmayan 920 şübhəli hepatit hadisəsi barədə məlumat daxil olub.

ÜST-ün Cenevrədə dərc olunmuş press-relizinə görə, bu, 33 ölkədə rast gəlinən xəstəlikdir.

Sözügedən xəstəlik aprelin 5-də Böyük Britaniya Şotlandiyada xəstə olan 10 yaşından kiçik 10 uşaq barədə məlumat verdikdən sonra ÜST-də qeydə alınıb. Xəstəliklərin yarısı (460) Avropada, o cümlədən 267-si Böyük Britaniyada müəyyən olunub.


Şəffaflıq.az
Geri qayıt