Əsas Səhifə > ƏSAS XƏBƏR > Bu gün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri işləməyəcək

Bu gün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri işləməyəcək


25-06-2022, 11:18

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") vətəndaşlara müraciət edib.


Agentlikdən məlumata görə, 26 İyun - Silahli Qüvvələr Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu səbəbdən vətəndaşlar iyunun 27-dən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.


Şəffaflıq.az
Geri qayıt