Əsas Səhifə > İdman > Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüşünün kimlə olacağına aydınlıq gəlib.

Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüşünün kimlə olacağına aydınlıq gəlib.


24-06-2022, 15:59
 
Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüşünün kimlə olacağına aydınlıq gəlib.
Şəffaflıq.az ın xəbərinə görə, Zabitin karyerasındakı son döyüşü braziliyalı Antonio Silva ilə olacaq.
42 yaşlı Antonio Silva "Yekəayaq" ("BigFoot") ləqəbi ilə tanınır. O, MMA-da 33 döyüş keçirib. Bunlardan 19-da qalib gəlib (15-i nokautla, 2-si rəqibi təslim etməklə, 2-si hakim qərarı ilə), 13-də məğlub olub (11-i nokautla, 2-si hakim qərarı ilə), 1 döyüş isə baş tutmamış hesab edilib. Maraqlıdır ki, o, bu gün Moskvada "MMA Series-53" turniri çərçivəsində Oleq Popovla döyüşə çıxacaq.
Onun kikboksinqdə yalnız bir döyüşü olub. Bu, 2017-ci ilin oktyabrın 14-də Çində keçirilmiş "Qlori-46" turniri çərçivəsində baş tutub. Antonio Silva həmin vaxt niderlandlı Riko Ferhuvenin zərbələri qarşısında aciz qaldığından, hakim döyüşü dayandırmalı olub.
Qeyd edək ki, Zabit Səmədovun bu döyüşü sentyabrın 10-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Almaniya türkü olan Səfər Göktəpəyə məxsus olan "Mix Fight Championship" tərəfindən təşkil olunur.
Geri qayıt