Əsas Səhifə > SİYASƏT / SOSİAL MÜDAFİƏ > Türkiyəyə müalicəyə göndərilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb
Türkiyəyə müalicəyə göndərilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb24-06-2022, 15:39 |
Türkiyəyə müalicəyə göndərilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb. Türkiyəyə müalicəyə göndərilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb. "Bu günə qədər “YAŞAT” Fondu 176 şəxsi Türkiyəyə müalicəyə göndərib, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür". "ŞƏFFAFLIQ.az" xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib. Onun sözlərinə görə, müalicə alanlardan 148-i ölkəyə geri qayıdıb: "Hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir. Ümumilikdə keçən müddət ərzində müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla ümumilikdə 9 390 müraciət təmin edilib". O qeyd edib ki, Fondunun dəstəyi ilə ölkəyə gətirilən türkiyəli həkimlər 150-dən çox yaralını müayinə edib: "Ötən il İsraildən gələn hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis qeydiyyatı aparılan ağır göz problemləri olan 148 nəfəri müayinə edib. Müayinə nəticəsinə 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib. Bundan başqa, ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu xaricdən sifariş etdiy 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəyə gətirib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub. Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb". Geri qayıt |