Əsas Səhifə > SAĞLAMLIQ > ÜST rəhbəri dünyada meymunçiçəyinə yoluxanların ümumi sayını açıqlayıb
ÜST rəhbəri dünyada meymunçiçəyinə yoluxanların ümumi sayını açıqlayıb24-06-2022, 09:10 |
![]() “Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bəyan edib. “Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən üç nəfərin meymunçiçəyinə yoluxması barədə məlumat alıb. O vaxtdan bəri Ümumdünya Səhiyyə Təşkilatı Nigeriya da daxil olmaqla 48 ölkədən 3200-dən çox təsdiqlənmiş meymunçiçəyi və bir ölüm hadisəsi barədə məlumat alıb”, - Qebreyesus bildirib. O, ÜST-yə üzv ölkələri aşkar edilmiş meymunçiçəyinə yoluxma halları haqqında məlumat paylaşmağa və nəinki yoluxmuş şəxslərin müəyyən edilməsinə, həm də xəstə insanların sağlam insanlarla təmaslarını izləməyə çağırır. Şəffaflıq.az Geri qayıt |