Əsas Səhifə > Region > Bəkir Bozdağ: "Ərdoğanın namizədliyini irəli sürməsi qanunidir"

Bəkir Bozdağ: "Ərdoğanın namizədliyini irəli sürməsi qanunidir"


23-06-2022, 23:54
Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi qanunidir.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası (AKP) də Ərdoğanın üçüncü prezidentliyə namizədliyi qarşısında heç bir hüquqi maneənin olmadığını bəyan edib. Eyni zamanda, AKP ölkədə prezident idarəetmə formasının tətbiqi ilə bağlı konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ərdoğanın cəmi bir dəfə seçkiyə qatıldığını, ona görə də 2023-cü ildə yenidən seçkilərdə iştirak edə biləcəyini göstərir.
AKP və Milliyyətçi Hərəkat Partiyasını (MHP) birləşdirən Xalq Alyansı daha əvvəl Ərdoğanın vahid prezidentliyə namizədliyini irəli sürüb.

Geri qayıt