Əsas Səhifə > Maraqlı > İsti aylarda şirniyyat yeməyin, qana pis təsir edir - İbn Sina

İsti aylarda şirniyyat yeməyin, qana pis təsir edir - İbn Sina


23-06-2022, 18:14
 İslam aləminin ən tanınmış həkimlərindən olan İbn Sinanın elm baxımından bəşəriyyətə verdiyi tövsiyələr hər kəsi təəccübləndirir. Əsrlər boyu onun fəlsəfə, riyaziyyat, astronomiya, fizika, kimya və tibb sahələrində bilikləri insan sağlamlığına inanılmaz dərəcədə müsbət təsir göstərib.

Şəffaflıq.az Teleqraf.com-a istinadla xəbər verir ki, İbn Sinanın sağlamlıqla bağlı illər əvvələ aid xəbərdarlıqları yenidən gündəmə gəlib.

O, illər əvvəl sağlamlıqla bağlı yazdığı kitabda sağlam həyatın sirrlərindən danışıb.

Xüsusi reseptləri olan İbn Sinanın min il əvvəl qələmə aldığı "Kiçik tibb qanunu" kitabında yazılır ki, bütün dünyada piylənmənin artması ilə problemə çevrilən artıq çəkidən qurtulmaq üçün ilk olaraq idman etmək lazımdır.

İbn Sina deyir ki, kitabındakı faydalı məlumatlar xəbərdarlıq kimidir, davamlı olaraq yerimək omba, bud və ayaqları hərəkət etdirərək onları gücləndirir. Ona görə də idman hərəkətlərinin ən düzgün və balanslı yolu yavaş yeriməkdir.

Onun kitabında yer alan tövsiyələri təqdim edirik.

Yeməkdən sonra hərəkət etməyin. Tək yemək əvəzinə bir neçə fərqli yemək seçmək tövsiyə olunur.

Yeməklərin fərqli rənglərdə olmasına diqqət edin.

Əgər yemək yağlıdırsa, onunla duzlu və acı qidalar yeyin. Əgər acı və duzlu yeyirsinizsə, ondan sonra yağlı bir şey yemək lazımdır.

Əgər yemək turşdursa, onunla şirin yemək lazımdır. Şirin yeyəndə yanında turş nəsə yemək lazımdır.

İbn Sina deyir ki, yaz fəslində şirniyyat yeməkdən çəkinin. Çünki şirniyyat qana pis təsir edir. Şirniyyatlar iki cür olur: ballı və xəmirli. Ballı qidalar ağızda əriyib mədəyə gedirsə, həzmə kömək edir. Amma xəmirli qidalar həzmi çətinləşdirir. Şirniyyat qanla yanaşı, cinsi istəyi də artırır.

Geri qayıt