Əsas Səhifə > Gündəm > Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.22-06-2022, 13:35 |
Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.![]() "ŞƏFFAFLIQ.az"in məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb. Kənddə yerləşən fərdi yaşayış evlərindən birinin yanması nəticəsində evdə yaşayan 1940-cı il təvəllüdlü Həcər Yusif qızı Əhmədova yanaraq ölüb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |