Əsas Səhifə > REGİON > Ermənistan hakimiyyətində qarşıdurma: Köçəryanın həbsi qanunsuz elan edildi - Konstitusiya Məhkəməsi qərar verdi
Ermənistan hakimiyyətində qarşıdurma: Köçəryanın həbsi qanunsuz elan edildi - Konstitusiya Məhkəməsi qərar verdi4-09-2019, 23:34 |
Çərşənbə günü Ermənistanın Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin, ölkənin sabiq prezidenti Robert Köçəryanın konstitusiya quruluşunu devirməkdə günahlandırılaraq həbs olunduğu 35-ci maddəsini konstitusiyaya zidd elan edib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, qərarı Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyan oxuyub. "Müzakirələrdən sonra ölkənin Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 35-ci maddəsinin konstitusiyaya zidd olması barədə qərar qəbul etdi. Bu qərar qətidir və ondan şikayət verilə bilməz",- deyə Tovmasyan vurğulayıb. Köçəryanın vəkili Aram Vardevanyan da qeyd edib ki, 35-ci maddə konstitusiyaya zidd hesab olunub. Bu o deməkdir ki, Robert Köçəryanın Konstitusiya ilə təmin edilmiş şəxsi azadlıq hüququ pozulub. Yeri gəlmişkən, bundan əvvəl Köçəryanın digər vəkili Hayk Alumyan jurnalistlərə demişdi ki, Konstitusiya Məhkəməsi müdafiənin bütün dəlillərini qəbul edərsə, müvəkkili dərhal azadlığa buraxılmalı və cinayət təqibi dayandırılmalıdır. Onu da qeyd edək ki, Konstitusiya Məhkəməsi binasının qarşısında Robert Köçəryanın həm tərəfdarları, həm də əleyhdarları toplaşıblar. Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının sayı, təxminən hər iki tərəfdən olanların ümumi sayına bərabərdir. Geri qayıt |