Əsas Səhifə > SON XƏBƏR > Azərbaycanda baytarlıq pasportunun alınması tələbi ləğv edilib

Azərbaycanda baytarlıq pasportunun alınması tələbi ləğv edilib


22-06-2022, 12:10
 Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”na əsasən, bundan sonra Azərbaycanda baytarlıq pasportunun alınması tələb olunmayacaq.
"Şəffaflıq.az" xəbər verir ki, dəyişikliyə əsasən identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək.
Əvvəlki qaydalara əsasən hər heyvan və yaxud heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi.
Baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən və “Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 1.5-ci bəndinə əsasən, ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcək.
Xatırladaq ki, Azərbaycanda baytarlıq xidmətləri özəlləşdirilib. Artıq baytarlar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərirlər.

Geri qayıt