Əsas Səhifə > Dünya > Britaniya: Deputatlar hökuməti MƏĞLUB ETDİ
Britaniya: Deputatlar hökuməti MƏĞLUB ETDİ4-09-2019, 23:29 |
Britaniyada deputatlar ölkənin Avropa İttifaqından razılaşmasız çıxmasına yol aça biləcək qərarın qarşısını alıblar. Çərşənbə günü İcmalar Palatasında millət vəkilləri razılaşmasız Brexit-i bloklayan qanun layihəsinin lehinə səs veriblər. Qanun layihəsinin əleyhinə səs verənlərin sayı isə 300 olub. Bu, lehinə səs verən deputat səsindən 29 ədəd azdır. Bu qanun layihəsi qəbul olunarsa, Baş nazir Avropa İttifaqından Brexiti gecikdirmək üçün zaman istəyəcək. Bundan bir gün əvvəl hakim partiya Parlamentdə çoxluğu itirib. Bu, Baş nazir Boris Johnsonun Brexit-ə qədər Parlamentin fəaliyyətini dayandırması qərarından sonra baş verib. Çərşənbə axşamı günü Mühafizəkarlar partiyasından deputat Phillip Lee Liberal Demokratlar tərəfə keçib. Bununla da hakim partiya İcmalar Palatasında çoxluğu itirib. Ötən həftə Boris Johnson Kraliça II Yelizavetadan Parlamentin fəaliyyətini dayandırmasını istəyib. Bu qərar millət vəkilləri və "müqaviləsiz Brexit" əleyhdarlarının qəzəbinə səbəb olub. \\BBC Geri qayıt |