Əsas Səhifə > XARİCİ XƏBƏR > İŞİD Suriyada partlayış törətdi: 11 hərbçi həlak oldu

İŞİD Suriyada partlayış törətdi: 11 hərbçi həlak oldu


21-06-2022, 11:38

 

Suriyanın şimalında, 2018-ci ilə qədər İŞİD-in əsas istinadgahı olan Rəqqa əyalətində törədilən partlayış nəticəsində 11-i hərbçi olmaqla 13 nəfər həyatını itirib.

Məlumatı Suriyanın hərbi mənbələri yayıb.

Olay Rəqqa-Homs avtomobil yolunda baş verib. Terrorçular avtobusu partladıblar.

İnsident nəticəsində daha üç nəfər ağır yaralanıb.


Şəffaflıq.az
Geri qayıt