Əsas Səhifə > Hadisə > Bakıda AA seriyalı "Ferrari"nin sahibi buna görə cərimələndi

Bakıda AA seriyalı "Ferrari"nin sahibi buna görə cərimələndi


21-06-2022, 09:14
Bakıda məhkəmənin qərarı ilə AA seriyalı “Ferrari” markalı maşının sahibi cərimələnib.
Şəffaflıq.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində baxılıb.
Belə ki, Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətlara Məcəlləsininin 347-ci maddəsinə əsasən adı qeyd olunmayan şirkət barəsində 10 may 2022-ci il tarixində tərtib olunmuş inzibati material baxılması üçün məhkəməyə göndərilib.
İş materiallarında qeyd olunub ki, “Ferrari F12 Berlinetta” markalı, 90- AA-511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə şirkət tərəfindən məlumat verilməyib. Bu isə şirkətin İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi anlamına gəlir. Bu maddəyə görə, şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməlidir.
Məhkəmənin qərarına əsasən, şirkət 300 manat cərimələnib (qafqazinfo).
 
Geri qayıt