Əsas Səhifə > XARİCİ XƏBƏR > Polşa Ukraynanın hava hücumundan müdafiəsini öz üzərinə götürə bilər

Polşa Ukraynanın hava hücumundan müdafiəsini öz üzərinə götürə bilər


18-06-2022, 23:27

 

Əgər Rusiya Ukraynanın Polşa ilə sərhəd rayonlarını atəşə tutmağa davam edərsə, Varşava qərb bölgələri üzərində hava hücumundan müdafiəni öz üzərinə götürə bilər.


Şəffaflıq.az xəbər verir ki, bunu “Onet”ə müsahibəsində briqada generalı, Polşa Milli Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Stanislav Kozey deyib.

Ukrayna və Rusiyanın texniki təchizatından danışan polşalı general qeyd edib ki, müharibənin əvvəli ilə müqayisədə ukraynalılar Qərbdən çoxlu müasir hərbi texnika alıblar. Bu halda ruslar uduzurlar, çünki köhnəlmiş, sovet və ya postsovet texnikasına arxalanırlar. Bununla belə, kəmiyyət baxımından, təbii ki, Rusiya hələ də ciddi təhlükə yaradacaq gücə sahibdir.

Ukraynada hava təhlükəsizliyi ilə bağlı vəziyyəti təsvir edən Kozey raket zərbələrinin Polşa sərhədinə yaxınlığını nəzərə alaraq qərb rayonlarının raketdən müdafiə imkanlarını təklif edib.

"Bizim arqumentlərimiz var ki, qabaqlayıcı sığortanı təmin edək və bu barədə Rusiyanı məlumatlandıraq. Əgər o, sərhədimizə uzaqmənzilli raketlərlə hücumu dayandırmasa, o zaman biz həmin günlərdə Qərbi Ukrayna üzərində raketdən müdafiə sistemi tətbiq edə bilərik", - Polşa Milli Təhlükəsizlik və Müdafiə Şurası keçmiş rəhbəri bildirib.

O vurğulayıb ki, Rusiya artıq siyasi və strateji səviyyədə müharibəni uduzub. İndi Moskva keyfiyyəti müsir standartlardan aşağı olsa da, kəmiyyətcə çox olan silahları hesabına müharibəni davam etdirə bilr. Eyni zamanda o, şübhə etmir ki, Rusiya açıq-aşkar zəifləmiş vəziyyətdə Ukraynanı tərk edəcək.

"Onun strateji imkanları azalacaq, beynəlxalq arenada mövqeyi xeyli pisləşəcək, rusların həyat səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşəcək. Bu mənada deyə bilərik ki, Rusiya bu müharibədə uduzacaq",- Kozei bildirib.

Geri qayıt