Əsas Səhifə > Hadisə > Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var


18-06-2022, 10:49
Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.
"Report"un xəbərinə görə, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.
Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Şəffaflıq.az
Geri qayıt