Əsas Səhifə > İqtisadiyyat > Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb


17-06-2022, 18:04

 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə həmin qurumdan bildirilib.

Məlumata görə, uçot dərəcəsi 7,75 %, dəhlizin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Geri qayıt