Əsas Səhifə > Hadisə > Ucarda yol qəzası beş kəndin işıqsız qalmasına səbəb oldu
Ucarda yol qəzası beş kəndin işıqsız qalmasına səbəb oldu16-06-2022, 15:58 |
Bakı-Qazax magistral yolunda qəza baş verib. Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında, yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xaliq Qulam oğlu Qulamovun idarə etdiyi “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə beton arakəsməyə çırpılıb. Daha sonra yol kənarındakı KRN-10 tipli vakuum açarına dəyərək onu aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, rayonun Qarabörk, Qulabənd, Küçəkənd, Alpı və Ənvər Məmmədxanlı kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb. Geri qayıt |