Əsas Səhifə > REGİON / Cəmiyyət / ELM VƏ TƏHSİL > İsmayıllı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

İsmayıllı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib


14-06-2022, 23:58
 İyunun 14-də bütün respublikada olduğu kimi İsmayıllı rayonunun məktəblərində də “Son zəng” tədbirləri keçirilib.
Şəffaflıq.az xəbər verir ki,rayonun ümumtəhsil məktəblərində keçirilən "Son zəng" tədbirlərində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində keçirilən “Son zəng” tədbirində rayon rəhbəri Nahid Bağırov iştirak edib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən RİH başçısı məzunları, onların müəllim və  valideynlərini son dərs günü münasibətilə təbrik edib, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb. Çıxış edənlər məktəb kollektivinin və şagirdlərin qazandıqları uğurlar barədə məlumat verib,  Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və məzunlara  ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulayıblar.

“Son zəng” tədbiri məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib.
Rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında yaddaqalan bir günə çevrilib.
Məlumat üçün bildirək ki, rayonda 46 tam orta məktəb fəaliyyət göstərir. Bu il XI sinifi 732 məzun bitirib. Buraxılış imtahanlarında 24 məzun 250-dən çox bal toplayıb. Həmçinin XI sinif şagirdlərindən 7 nəfəri fənn olimpiyadasının qalibi olub.

Geri qayıt