Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya müharibəni dayandırsa, Ukrayna danışıqlar masasına qayıdacaq - Zelenski

Rusiya müharibəni dayandırsa, Ukrayna danışıqlar masasına qayıdacaq - Zelenski


14-06-2022, 09:55

 

Ukrayna Rusiya ilə danışıqlar masası arxasına oturmağa hazırdır, ancaq bir şərtlə ki, düşmən həqiqətən müharibəni bitirmək istəyində olduğunu göstərsin.


Şəffaflıq.az xəbər verir ki, bunu "ZDF" telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bizim indi əhəmiyyəti olmayan danışıqlara ayıracaq vaxtımız yoxdur. Nə etdiyimizi dəqiq bilirik. Vurğulayıram ki, bizim heç bir şübhəmiz yoxdur və biz yalnız o halda danışıqlar masasında oturmağa razılıq verəcəyik ki, qarşı tərəf həqiqətən müharibəni bitirməyə hazır olsun”, - deyə Ukraynanın dövlət başçısı bildirib.

Bundan əvvəl Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, Ukrayna və Rusiya Federasiyası sözsüz ki, danışıqlar masası arxasına əyləşəcəklər, lakin bu gün deyil, həm də bu Rusiya Federasiyasının şərtləri ilə qəbul edilə bilməz.

O qeyd edib ki, Rusiya hazırda danışıqların zəruriliyi mövqeyini irəli sürür, çünki o, bütün resurslarını Ukraynanın şərqində toplayıb, hazırda çox şiddətli döyüşlər gedir.

“Onlarda müəyyən bir illüziya var ki, bu gün Ukraynanı Avropa Birliyinin və elitası vasitəsilə danışıqlar masası arxasına oturtmağa məcbur etmək mümükündür. Onlar Ukraynanın üzləşdiyi çətin vəziyyətlə bağlı istənilən sülhə razı olacağını düşünürlər. Son günlər davam edən ardıcıl hücumlar da məhz bu illüziyanın gerçəkləşdirilməsi üçün həyata keçirilirdi. Biz ilk növbədə müharibənin dayandırılmasını və işğal olunmuş ərazilərdər rus qoşununun çıxarılmasını istəyirik", - deyə Podolyak bildirib.

Eyni zamanda, ABŞ hələ ki, Kiyev və Moskva arasında diplomatik danışıqların yaxın gələcəkdə mümkün ola biləcəyinə dair əlamətlər görmür, çünki Rusiya onları vicdanla aparmaq istəmir.

Geri qayıt