Əsas Səhifə > XARİCİ XƏBƏR > İspaniyada qatar qəzası: Onlarla yaralı

İspaniyada qatar qəzası: Onlarla yaralı


13-06-2022, 14:17

 

Kataloniyada Barselona-Tortosa marşrutu üzrə hərəkət edən sərnişin qatarının yük qatarının lokomotivi ilə toqquşması nəticəsində azı 29 nəfər xəsarət alıb.

Bu barədə muxtariyyətin Mülki Müdafiə Baş İdarəsinin yaydığı press-relizdə deyilir.

Bildirilir ki, hadisə Tarraqona əyalətinin Vila-seka yaşayış məntəqəsində baş verib.

Hadisənin səbəbləri hələlik aydınlaşdırılmayıb. Baş verənlərlə bağlı araşdırmalara başlanılıb.


Şəffaflıq.az
Geri qayıt