Əsas Səhifə > FUTBOL > Millətlər Liqası: Azərbaycan yığması Belarusu qəbul edir
Millətlər Liqası: Azərbaycan yığması Belarusu qəbul edir13-06-2022, 09:25 |
Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. Şəffaflıq.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarus seçməsini qəbul edəcək. "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək. Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1. Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var. UEFA Millətlər Liqası IV tur 20:00. Azərbaycan - Belarus Baş hakim: Anastasios Papapetru (Yunanıstan) Bakı. "Dalğa Arena" Geri qayıt |