Əsas Səhifə > FUTBOL > Avropa çempionatı: Azərbaycanın minifutbol yığması final oyununa çıxır

Avropa çempionatı: Azərbaycanın minifutbol yığması final oyununa çıxır


11-06-2022, 09:20
Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
Şəffaflıq.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 22:15-də start götürəcək. Yığma B qrupundakı ilk oyununda bu rəqibə 0:2 hesabı ilə uduzub.
Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib.

Geri qayıt