Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Deputat: “Maaş artan kimi bazarda qiymətlər ondan on dəfə çox artır”

Deputat: “Maaş artan kimi bazarda qiymətlər ondan on dəfə çox artır”


8-06-2022, 15:34

 

“Ölkədə bahalaşma hər sahədə müşahidə olunur. Ərzaq məhsullarının qiyməti çox qalxıb. Hətta digər ərzaq məhsulları ilə müqayisədə nisbətən aşağı qiymətə satılan ərzaqların da qiymətində artım müşahidə olunur. Tikinti materiallarının qiymətində də ciddi artım var. Bu da təbii ki, azmaaşlı, aztəminatlı ailələri çətin vəziyyətlə üz-üzə qoyur”.

Bu fikirləri mətbuata açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, insanların rifahını yüksəltmək və dolanışıq səviyyəsini qaldırmaq üçün yeni iş yerləri açılmalıdır:

“Özəl sektor inkişaf etdirilməli, sahibkara imkan yaradılmalı, iqtisadi azadlıqlar verilməlidir ki, onlar özünü dirçəldə bilsin, işini genişləndirib, daha çox işçi qəbul edib, yüksək əməkhaqqı versin. Şərait yaratmaq lazımdır ki, maaş yüksək olsun. Çünki dövlət bu maaşı verə bilmir. Dövlət bu maaşı verə bilmirsə, özəl sektor verə bilir. Ona görə də özəl sektoru inkişaf etdirmək lazımdır.

Ancaq bizdə monopoliya, inhisarçılıq o səviyyədədir ki, bu, mümkün deyil. Ayrı-ayrı adamlara imtiyazlar verilib. Onlar da o sahələri götürüblər, başqa adamlar girə bilmir o sahələrə.

İndiki məqamda əməkhaqqı və təqaüdlərin artırılması vəziyyətdən çıxış yolu deyil. Çünki maaş artan kimi bazarda qiymətlər ondan on dəfə çox artır”.


Şəffaflıq.az
Geri qayıt