Əsas Səhifə > Maraqlı > "Vahid antiterror cəbhəsi yaradılsın" - Lukaşenkodan maraqlı təklif
"Vahid antiterror cəbhəsi yaradılsın" - Lukaşenkodan maraqlı təklif3-09-2019, 22:01 |
Belarus prezidenti Aleksandr Lukaşenko BMT, ATƏT, AB, KTMT, MDB, ŞƏT və digər beynəlxalq təşkilatların qüvvələrindən ibarət vahid antiterror cəbhəsinin yaradılmasını təklif edib. Şəffaflıq.az xəbər verir ki, Belarus Prezidenti bu barədə Minskdə keçirilən beynəlxlaq terrorla mübarizə konfransında çıxışı zamanı bildirib. "Əminəm ki, BMT, ATƏT, AB, KTMT, MDB, ŞƏT və digər beynəlxalq təşkilatların qüvvələri tərəfindən vahid antiterror cəbhəsinin yaradılması bu təhlükəyə qarşı mübarizənin güclü və effektiv olması üçün yeganə etibarlı yoldur. Biz BMT çərçivəsində bütün təşəbbüsləri dəstəkləyirik, terrorla mübarizə sahəsində tərəfdaşlığı gücləndiririk, xüsusi məlumat və təcrübə mübadiləsində iştirak edirik. Bununla belə, bu gün terror fəaliyyətinin miqyası bir təşkilatdan kənara çıxmağı tələb edir. Terrorizm sərhəd tanımayan, qlobal təhlükəsizlik üçün ən güclü təhdidlərdən birinə çevrilib. Onun qurbanları adi insanlar, qocalar, qadınlar və uşaqlardır. Onun həyata keçirilmə metodları qəddar və qeyri-insandır", - deyə Lukaşenko qeyd edib. Terrorizmin müasir cəmiyyət üçün təhlükəli bir problemə çevrildiyini qeyd edən Belarus prezidenti hətta ən güclü dövlətlərin belə tək başına bu problemin öhdəsindən gələ bilmədiyini əlavə edib. O, beynəlxalq terrorla mübarizə üçün bütün ölkələrin qüvvələrinin birləşdirməli olduğunu vurğulayıb. Geri qayıt |