Əsas Səhifə > SON XƏBƏR > “Azərişıq” ödənişləri ilə bağlı yenilik - AÇIQLAMA
“Azərişıq” ödənişləri ilə bağlı yenilik - AÇIQLAMA6-06-2022, 13:03 |
“Abonentlərə geniş tarixçənin verilməsi xidmətinin onlayn olması onlara aylıq, illik hesabatlarını özlərinin görməsinə şərait yaradacaq”. Şəffaflıq.az xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov deyib. O bildirib ki, bununla da bəzən abonentlər ödənişlərin sistemə oturub-oturmaması ilə bağlı ardıcıllığı görə biləcəklər. “Eyni zamanda elektron portalda onlayn müraciət və müqavilələrin imzalanması da həyata keçiriləcək. Abonentlər “ASAN imza” vasitəsilə müqavilələrinin imzalanmasını həyata keçirə bilərlər” - deyə Q.Həmidov qeyd edib. Geri qayıt |