Əsas Səhifə > HƏRBİ / REGİON > Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub

Ukraynada beynəlxalq legionun bir neçə döyüşçüsü həlak olub


5-06-2022, 12:06
 Ukraynanın Müdafiəsi üzrə Beynəlxalq Legionun (ILDU) dörd döyüşçüsü – Niderland, Avstraliya, Almaniya və Fransa vətəndaşları bu ölkədəki döyüşlər zamanı həlak olublar.
Şəffaflıq.az xəbər verir ki, bu barədə beynəlxalq legion feysbuk səhifəsində məlumat yayıb.
“Biz silahdaşlarımızın xatirəsini ehtiramla yad etmək istərdik: Ronald Voqelar, Maykl O Neill, Byorn Benjamin Klavis və Uilfrid Bleriot... Onların xatirəsi Beynəlxalq Legionda, Ukrayna Silahlı Qüvvələrində və Silahlı Qüvvələrində yaşayacaq.
KİV-in məlumatına görə, iki döyüşçünün may ayında, daha birinin isə iyunun ilk günlərində öldüyü məlum olub.
Qeyd edək ki, Ukraynada 50-dan çox ölkənin vətəndaşı döyüşür. Bunlar Polşa, Baltikyanı və Skandinaviya ölkələrindən olan hərbçilərdir. Əcnəbi könüllülər beynəlxalq legionun sıralarına Rusiyaya qarşı döyüşmək üçün qoşulublar. Hüquqi məsələlər həll edildikdən sonra onlara texnika və silahlar verilir. Sonra legionerlər xüsusi hazırlıq keçir və hərbi hissələr formalaşdırılır.

Geri qayıt