Əsas Səhifə > MANŞET / REGİON / Cəmiyyət > Şamaxı rayonunun Birinci Çaylı kəndində bu kənddən olan şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Şamaxı rayonunun Birinci Çaylı kəndində bu kənddən olan şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.4-06-2022, 19:30 |
Abidənin açılışında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon təşkilatının sədri Tural Qasımlı, din xadimləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Şəffaflıq.az xəbər verir ki, tədbirdə çıxış edən natiqlər Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərimizin qanını yerdə qoymadığını xüsusi qeyd edib, ordumuzun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordu birliyindən bəhs ediblər. Bildirilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğullarının əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Çıxış edən şəhid ailələri və ictimaiyyət nümayəndələri dövlət tərəfindən şəhid ailələri və müharibə əllillərinə daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Birinci Qarabağ müharibəsinidə şəhid olmuş Qurbanov Rövşən Bəybala oğlu. Qurbanov Rövşən Bəybala oğlu 1973 cü ildə okyabr ayının 9 da Şamaxı rayonnun birinci Çaylı kəndində Rəssam ailəsində dünyaya göz açmışdır. Çaylı kəndində tam orta məktəbi yüksək qiymətlərlə bitirmiş və həvəskar rəssam olmuşdur.Əl işləri Respublika sərgilərində nümayiş etdirilmiş,fəxri fərmanlar və qramotlar almışdır. Birinci dərəcəli diplomla mükafatlandırılmışdır.Gələcək arzusu atası Bəybala müəllim kimi ali təhsilli rəssam olmaq idi. 1992 ci ildə ordu sıralarına getmiş,birinci Qarabağ savaşında bir sıra döyüşlərdə iştirak etmişdir. 1994 cü ildə aprelin 19 da Ağdərə yaxınlığında gedən döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Cəmi 20 il 6 ay 10 gün ömür sürmüş, Şəhidin əl işləri hazırda Şamaxı şəhər tarixdiyarşunaslıq muzeyində saxlanılır. O daima qəlbimizdə yaşayacaq və heç vaxt unudulmayacaq.Bu gün onun ruhu şaddır ki,onun intiqamını öz qardaşı oğulları (Qurbanov Bəhrəm Bəhman oğlu və Qurbanov Bəhruz Hafiz oğlu ) tərəfindən alınmışdır. Şamaxı rayon birinci Çaylı şəhidlərindən olan Kamil Səmədovun Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldiyi gündən 28 il ötür.O daima qəlbimizdə yaşayacaq və heç vaxt unudulmayacaq. Səmədov Kamil Səmədpaşa oğlu 07.07.1975-ci ildə Şamaxı qəzasının birinci Çaylı kəndində anadan olmuş,Çaylı kənd orta məktəbi bitirmiş,1994-cü ilin fevral ayının 4 də Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. birinci Çaylı kənd tam orta məktəbi şəhid K,Səmədovun adına verilmişdir. Cəmi 18 il 6 ay 24 gün ömür sürmüş şəhid qardaşımıza Allahdan qəni- qəni rəhmət diləyirik. Qəbri nurla dolsun, məkanı cənnət olsun. Şəhid Baxışov Ələtdin Allahverdi oğlu. 1980-ci ilin fevral ayının 8-də Samaxı rayonunun birinci Çaylı kəndində anadan olmuşdur. Şəhid Kamil Səmədov adına Birinci Çaylı kənd tam orta məktəbini bitirmiş, 1998-ci ilin aprel ayının 8-də həqiqi hərbi xidmətə getmişdir. Üç ay Lənkaran şəhərində N saylı hərbi hissədə xidmət etdikdən sonra, xidmətini davam etdirmək üçün kiçik çavuş rütbəsi ilə cəbhə bölgəsində, Füzuli rayonu istiqamətində xidmətini etdirmişdir. Baxışov Ələtdin Allahverdi oğlu 2000-ci ilin fevral ayının 2-də şəhid olmuşdur. O daima qəlbimizdə yaşayacaq və heç vaxt unudulmayacaq. 19 il, 11 ay 22 gün ömür sürmüşdür. Abidənin gecə görüntüsü! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vahid İsmayılov. Şəffaflıq.az Geri qayıt |