Əsas Səhifə > HƏRBİ > Zakir Həsənov təxribatlara dərhal adekvat cavab verilməsini tapşırıb
Zakir Həsənov təxribatlara dərhal adekvat cavab verilməsini tapşırıb4-06-2022, 10:41 |
![]() Şəffaflıq.az-ın xəbərinə görə, o, bu barədə iyunun 4-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb. Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması barədə də konkret tapşırıqlar verib. Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı göstəriş verib. Geri qayıt |