Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllıda səyyar qəbullar davam etdirilir
İsmayıllıda səyyar qəbullar davam etdirilir4-06-2022, 00:37 |
![]() Şəffaflıq.az xəbər verir ki,yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə RİH başçısı Nahid Bağırovun növbəti səyyar qəbulu rayonun Cülyan kəndində keçirilib. Qəbulda Millət vəkili Novruzəli Aslanov, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Rayon rəhbəri son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İsmayıllıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Geri qayıt |