Əsas Səhifə > Kriminal > Vətən müharibəsi iştirakçısı özünü istirahət mərkəzində asdı

Vətən müharibəsi iştirakçısı özünü istirahət mərkəzində asdı


2-06-2022, 16:49

 

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, rayonun Yasaboba kənd sakini, 2000-ci il təvəllüdlü Gümrah Səfərquliyev Seyidli kəndində yerləşən “Flaqman” istirahət mərkəzində özünü öldürüb. O, istirahət mərkəzinin həyətindəki ağacdan özünü asıb.

G.Səfərquliyevin meyiti dünən saat 10 radələrində aşkar edilib və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Qeyd edək ki, intihar edən gənc Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt